Trumptan bu dəfə də açıq-saçıq ifadələr

Trumptan bu dəfə də açıq-saçıq ifadələr

ABŞ-da Respublikaçı Partiyadan prezidentliyə namizəd Donald Trampın qadınlar haqqında açıq-saçıq və kobud sözlərini ehtiva edən video yayımlanıb. 
 
Maide.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-dakı prezident seçkisinə bir ay qalmış milyarder iş adamı Donald Trampın 2005-ci ildə "Access Hollivud" adlı televiziya proqramının aparıcısı Bill Buş ilə avtobusda apardığı müsahibənin videosu Amerika mediasında dərc olunub.
 
Videoda Tramp və diktor Buş, avtobusun içindədirlər və yaxa mikrofonu açıq olduğunu unudaraq söhbət edirlər. Bu zaman avtobusun kənarında olan kamera, ikilinin çıxışını qeydə alır.
 
Söhbət əsnasında Trampın evli bir qadınla əlaqəsindən danışılır. Qadınlar haqqında cinsi məzmunlu, kobud və açıq-saçıq ifadələr işlətdiyi eşidilir.
 
Videonun ilk olaraq Vaşinqton Post qəzetinin internet saytında yayımlanmasından sonra Donald Tramp açıqlama verərək üzr istəyib.
 

Google+ WhatsApp ok.ru