Trumptan qiyam təhdidi

Maide.az xəbər verir ki, ABŞ-da preziden seçkiləri marafonunda Respublikaçılardan qabaqda gedən Donald Trump çərşənbə axşamı günkü ilkin seçkilərdə 5 ştatdan dördündə qalib olub. Florida senatoru Marko Rubio isə yarışdan çəkilib. Donald Trumpın qələbəsi Respublikaçı Partiya rəhbərliyində narahatlıqlar yaradıb..
 
İyuldakı partiya qurultayında rəqib namizədlərin nümayəndələrinin birləşib Trumpdan başqa namizəd irəli sürmə ssenariləri üzərində işlər aparılır. Trump isə belə bir hadisə olduğu təqdirdə, milyonların ayağa qalxacağını deyib.
 
Ötən gün Respublikaçılar beş ştatda keçirilən ilkin seçkilərdə Trump, Şimali Mariana Adaları ilə üç ştatda uğur qazanıb. Namizədlik üçün 1237 nümayəndəyə ehtiyacı olan Trumpın nümayəndə sayı 621-ə yüksəlib. Məmləkəti Floridada Trumpa uduzan senator Marko Rubio seçkidən çəkilib. Demokrat namizəd Hillari Klinton da beş ştatdan dördündə qalib gəlib. Namizəd olması üçün 2383 nümayəndəyə ehtiyacı olan Klintonun nümayəndəsi 1561-ə çatıb.
 
Partiya daxilində Trumpın yüksəlişindən narahat olan dairələr iyulda keçiriləcək partiya qurultayında onu dayandırmağın yollarını axtarmağa başlayıb. Şayiələrə görə, Trump ilkin seçkilərdə qalib gələcəyi və prezidentliyə namizədliyinin partiya rəhbərliyi tərəfindən qəbul edilməməsi halında, ABŞ-da iğtişaşlar başlayacağını söyləyib və "Milyonları təmsil edirəm" deyib.
 
Yarışda öndə olduğunu bildirən Trump, "Hazırda milyonlarla insanı təmsil edirəm. Əgər məni dəstəkləyən insanları məhrum etsəniz, çox pis şeylər olar" söyləyib.

Google+ WhatsApp ok.ru