`Tütək səsi`nin Cəbrayılı vəfat edib

SSRİ xalq artisti, teatr və kino aktyoru Mixay Volontir sentyabrın 14-dən 15-nə keçən gecə Moldovada dünyasını dəyişib.
Bu barədə 81 yaşlı aktyorun həyat yoldaşı məlumat verib.
M.Volontir uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
O, 1934-cü il martın 9-da anadan olub. Aktyor "Qaraçı" və "Budulayın qayıtması" filmlərində ifa etdiyi Budulay obrazı ilə məşhurlaşıb.
Azərbaycan tamaşaçıları Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi "Tütək səsi" filmində ifa etdiyi Cəbrayıl obrazı ilə tanıyıb.  

Google+ WhatsApp ok.ru