Tufan ABŞ-da `Boeing`ləri sıradan çıxardı

Tufan ABŞ-da `Boeing`ləri sıradan çıxardı

ABŞ Hərbi Hava Qüvvələrinin yerləşdiyi Nebraska ştatında güclü tufan aviabazaya güclü ziyan vurub. Trend-in məlumatına görə, hərbi bazadakı 2 "Boeing E-4B" də daxil olmaqla 10 təyyarə güclü tufanda zədələnib.
 
Bundan öncə iyunun 16-da baş vermiş güclü qasırğa və tufanda da hərbi bazanın 8 "Boeing RC-135" kəşfiyyat təyyarəsi zədələnmişdi.
 
Yerli fövqəladə xidmət idarəsindən verilən məlumata gröə, ştat ərazisində təbii fəlakət nəticəsində çox sayda ağac da qırılıb. /

Google+ WhatsApp ok.ru