Tuluzada 50 nəfərə yaxın polis etiraz aksiyalarında xəsarət alıb

Tuluzada 50 nəfərə yaxın polis etiraz aksiyalarında xəsarət alıb

Fransanın Tuluza şəhərində baş verən etiraz aksiyaları nəticəsində 48 polis əməkdaşı olmaqla ən azı 57 nəfər xəsarət alıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə şəhər prefekturası bildirib.
 
Şənbə günü baş verən razılaşdırılmamış nümayişlər vaxtı ciddi insidentlər baş verib. Hüquq mühafizə orqanları ilə toqquşmalarda 100 nəfərdən çox iştirak edib.
 
 Rəsmi məlumata əsasən, xəsarət alan 48 polis əməkdaşından 5-i xəstəxanaya yerləşdirilib və lazımi müalicə alıb.
 
Xatırladaq ki, Fransada benzin qiymətinin artımına etiraz aksiyaları 17 noyabrdan başlayıb.
 

Google+ WhatsApp ok.ru