Tuneldə xarab olan `KamAZ` Bakının əsas prospektində tıxaca səbəb olub

Tuneldə xarab olan `KamAZ` Bakının əsas prospektində tıxaca səbəb olub

Hazırda H.Əliyev prospektində sıxlıq yaranıb
 
Bu gün səhər saatlarında Bakı şəhərinin H.Əliyev prospektində ("Koroğlu" metro stansiyasından mərkəzə dorğu) avtomobillərin hərəkətində tıxac yaranıb. Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib. 
 
Belə ki, prospektin sağ kənar yolunun üzərindəki tuneldə "KamAZ" markalı yük avtomobili xarab olaraq qalıb. 
 
Şəhərin digər küçə və prospektlərində isə avtonəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. /

Google+ WhatsApp ok.ru