Tunis də Suriyadakı səfirliyinin bərpasına qərar verdi

Tunis diplomatik nümayəndəliyinin Suriyaya dönüşünə qərar verib.
 
Maide.az xəbər verir ki, Tunis xarici işlər naziri Tayyib Bakuç Hökumət Sarayında keçirdiyi mətbuat konfransında "Yaxın günlərdə Suriyaya konsulluq nümayəndəsi və ya diplomat göndərəcəyik" - deyib.
 
Bakuç, "Suriya hökumətinə Suriyanın Tunis səfirini göndərə biləcəyimizi çatdırdıq və Suriya və Liviyadakı diplomatik fasiləni qaldırdıq" - söyləyib.
 
Xatırladaq ki, Tunisin keçmiş prezidenti Məhəmməd Mərzuki 2012-ci ilin fevralında Suriya ilə diplomatik münasibətləri kəsərək, Suriyanın Tunisdəki səfirini deportasiya etmişdi.

Google+ WhatsApp ok.ru