Tunisdə iğtişaşlar: 1 100 nəfər saxlanılıb

Tunisdə baş verən iğtişaşlar nəticəsində 1 100 nəfər saxlanılıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin hüquq-mühafizə orqanlarından bildiriblər.
 
Rəsmi məlumata əsasən, son on gün ərzində ölkədə 1105 nəfər saxlanılıb. Onlardan 523-ü vandallıq və soyğunçuluqda günahlandırılır.
 
Ölkədə etirazlar başlanandan 114 asayiş keşikçisi xəsarət alıb, polisə məxsus 35 nəqliyyat vasitəsi sıradan çıxarılıb, 6 avtomobil yandırılıb. Həmçinin ölkədə 8 dövlət müəssisəsi və 13 mühafizə postu qarət edilib.  
 
Qeyd edək ki, Tunisdə kütləvi iğtişaşlar 26 yaşlı gəncin Kaserin şəhər meriyasının qarşısında özünə qəsd etməsindən sonra başlayıb. Buna səbəb onun işə qəbul növbəsindən xaric edilməsi olub. /
 

Google+ WhatsApp ok.ru