Tunisdə son iğtişaşlar zamanı 930 nəfər saxlanılıb

Tunisdə son iğtişaşlar zamanı 930 nəfər saxlanılıb

-- Tunisdə yeni “ərəb baharı” başlayır?

Tunis Daxili İşlər Nazirliyinin məlumatına görə,  ölkədə baş verən son iğtişaşlar zamanı ən az 930 nəfər  saxlanılıb
 
Maide.Az  “elnashra” saytına istinadən xəbər verir ki, Tunisdə son günlər baş verən,  iğtişaşlarda ən az 930 nəfər  saxlanılıb. Həmin şəxslər  dövlət əmlakına və vətəndaşların malına ziyan yetirməkdə ittiham olunur. 
 
Tunis  DİN sözçüsü  Xəlifə  Əl-Şeybani deyib ki,  ötən bir həftə ərzində baş verən iğtişaşlar zamanı  təhlükəsizlik qüvvələrindən ən az 106 nəfər yaralanıb. 
 
Etirazçıların əksəriyyəti  18 yaşından az yeniyetmələrdir.   Onlar  daş və molotof kokteyli ilə  təhlükəsizlik qüvvələrinə hücum edir.  Polis etirazları dağıtmaq üçün  gözyaşardıcı qazdan istifadə edir. 
 
Qeyd edək ki, yanvar ayının əvvlərində Tunisdə  “Nəyi gözləyirsiz?” şüarı ilə kampaniya başlayıb. Kampaniyanın məqsədi Tunisdə  qiymətlərin bahalaşması, işsizliyi  artmasına etiraz etmək olub.  Hazırda  ölkənin bir neçə şəhərində iğtişaşlar davam edir. Aksiyalar zamanı bir neçə nəfər ölüb.

 

Google+ WhatsApp ok.ru