Tunisdə televizyada reklamlarda Quran ayələri və hədislərdən istifadə qadağan edildi

Tunisdə televizyada reklamlarda Quran ayələri və hədislərdən istifadə qadağan edildi

Tunisin Ali Media Şurası (HAİCA) televiziya və radioda ticari reklamlarda Qurani-Kərimin ayələri və Peyğəmbərin (s) hədislərindən istifadə etməyi qadağan etdi.
 
Maide.Az "İQNA"a istinadla xəbər verir ki, bu barədə mediada ticari təbliğat reklamına nəzarət qanununun üçüncü bölməsində yeni bənd açılıb.
 
Ali Media Şurası bu qərarı Quran ayələri və hədislərdən sui-istifadə edilməsinin qarşısını almaq üçün verdiyini açıqlayıb.
 
Bundan əlavə Tunis televiziyaları humanitar yardım toplanması barədə təbliğat reklamları yayımlaya bilməzlər.   
 

Google+ WhatsApp ok.ru