Tunisdə ordu və nümayişçilər arasında qarşıdurma baş verib

Tunisdə ordu və nümayişçilər arasında qarşıdurma baş verib

Tunis milli ordusunun bölmələri etirazçıların Kasserin əyalətindəki TransTunis qaz boru kəməri xidmət şirkətinin ofisini ələ keçirməsinin qarşısını almaq üçün atıcı silahlardan istifadə edib.

 
Bu barədə "Business news" xəbər verib.
 
Bildirilir ki, ölkədə pisləşən iqtisadi vəziyyətə qarşı etirazçılar və yerli hakimiyyət nümayəndələri arasında aparılan danışıqların uğursuzluğundan sonra bölgədə yeni gərginlik yaranıb.
 
Nümayişçilər yanan təkərlərlə yolları bağlayiblar, daş və molotof kokteyllərindən istifadə edərək qaz şirkətinin ofisinə basqın ediblər. Etirazçı izdihamı sakitləşdirmək və dağıtmaq üçün hərbçilər havaya xəbərdarlıq atəşi açıb.