Tunisin parlamentində sionist İsrail rejiminin bayrağını cırdılar - VİDEO

Tunisin parlamentində sionist İsrail rejiminin bayrağını cırdılar - VİDEO

-- `Yaşasın Fələstin!, Yaşasın Fələstin inqilabı!” şüralarını səsləndirərək...

Tunisli deputat Əmmar Əmrusi parlamentdə etdiyi çıxışı vaxtı sionist İsrail rejiminin bayrağını cırıb.
 
Ə.Əmrusinin bu hərəkətinə sosial şəbəkədə çoxlu sayda dəstək mesajı verilib.
 
Deputat Əmmar Əmrusi Tunisin bir neçə deputatı ilə birlikdə parlamentin sədri Məhəmməd Ən-Nasiri prezident və Xarici İşlər Nazirliyinin nümayəndələrinin parlamentin iclasına dəvət edilməməsi və iclas vaxtının onlara bildirilməməsinə görə, cavabdeh olduğunu deyib. Tunisli deputat bundan sonra, parlamentin iclası vaxtı "Yaşasın Fələstin!, Yaşasın Fələstin inqilabı!” şüralarını səsləndirərək, etiraz üçün sionist İsrail rejiminin bayrağını cırıb.
 
Parlamentin iclasında İsrail ilə münasibətlərin normallaşdırılmasının cinayət sayılması layihəsinin müzakirəsi gözlənilirdi, ancaq prezident və Xarici İşlər Nazirliyinin nümayəndələrinin qatılmaması səbəbindən bu iclas təxirə salınıb.(deyerler.org)
 

 

Google+ WhatsApp ok.ru