Tunisin səhiyyə naziri marafonda qaçandan sonra dünyasını dəyişib

Tunisin səhiyyə naziri marafonda qaçandan sonra dünyasını dəyişib

Tunisin səhiyyə naziri  Salim Şaker  xərçəng xəstəliyinə diqqəti yönəltmək üçün keçirilən marafondan sonra dünyasını dəyişib. Bu barədə Business News  portalı xəbər yayıb.
 
Bildirilir ki, 56 yaşlı nazir son günlər çox intensiv iş qrafikinə malik olub, bazar günü isə  Nourane assosiasiyasının  təşkil etdiyi marafonda iştirak edib.
 
«Bu gün səhər ürək xəstəliyi ilə əlaqədar  təcili xəstəxanaya yerləşdirilib», - deyə mənbə bildirib.
 
Portalın məlumatına görə, nazir əvvəlcə Qrombaliya  regional xəstəxanasına çatdırılıb, ordan isə  hərbi hospitala yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.(faktxeber)
 

Google+ WhatsApp ok.ru