Turistlərlə dolu avtobus aşdı: 14 ölü, 27 yaralı

Yaponiyada turistləri daşıyan avtobus qəzaya uğrayıb,  nəticədə 14 nəfər ölüb, 27 nəfər yaralanıb. Maide.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixido Suqa bildirib.   
 
“41 sərnişindən 14-ü ölüb, 27 nəfəri müxtəlif xəsarətlər alıb”, deyə o bildirib.  
 
Məlumata görə,  turistləri daşıyan avtobus Naqanodakı dağ-xizək kurortuna yollanırmış. Qəza Naqano və Qumma prefekturalarının sərhədində baş verib. Avtobus qarşı yola çıxıb və yol kənarındakı hasarı uçuraraq aşıb.  
 
Polis qəzanın səbəblərini araşdırır.  

Google+ WhatsApp ok.ru