Turistlərin ən çox pul xərclədiyi ölkələr

Turistlərin ən çox pul xərclədiyi ölkələr

2017-ci ildə dünyada ümumilikdə 1 milyard 323 milyon turist səfəri qeydə alınıb. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, “PRNet” Media Monitorinq və Hesabat Agentliyinin yayımladığı hesabata görə, Avropa ölkələri 671 milyon turistə ev sahibliyi edərək, birinci sırada yer alıb. 
 
Məlumata görə, 324 milyon turist Asiya, 207 milyon turist Amerika , 63 milyon  Afrika və 58 milyon turist isə Yaxın Şərq ölkələrinə səfər edib. 
 
Hesabatda bildirilir ki, turistlərin 57 faizi səyahət üçün  hava yollarından, 37 faizi quru,4 faizi dəniz və 2 faizi isə dəmir yollarından istifadə edib. 
 
Turistlərin 55 faizi əylənmək və istirahət məqsədi ilə digər ölkələrə səfər edib. 
 
Turistlərin ən çox pul xərclədiyi ölkələr isə bunlardır: Çin (258 milyard dollar),  ABŞ (135 milyard dollar) Almaniya (84 milyard dollar),  İngiltərə (63 milyard dollar) və Fransa (41 milyard dollar). 
 

Google+ WhatsApp ok.ru