Turistlərin ən çox getdiyi şəhərlərin adları açıqlanıb

Turistlərin ən çox getdiyi şəhərlərin adları açıqlanıb

-- İlin sonunadək bu şəhərə 25,7 milyon turistin baş çəkəcəyi gözlənilir

Honq Konq dünyada turistlərin ən çox baş çəkdiyi şəhərdir. Noyabrın 7-də “Euromonitor International” market tədqiqatları şirkəti bu reytinqi açıqlayıb.
 
Bu il Honq Konqa 25,7 milyon turistin baş çəkəcəyi gözlənir.
 
100 şəhərin yer aldığı siyahı Asiya turizmindəki artımı üzə çıxarıb.
 
Əslində, Honq Konq bu il ötən ildəkindən 3,2 faiz az turist cəlb edib. Bu, Çinlə gərginliyin artmasıyla izah olunur. Belə ki, bu il Pekin bu əraziyə daha çox nəzarət etməyə can atıb.
 
2025-Cİ İLƏDƏK İLƏ 45 MİLYON
 
Ancaq “Euromonitor” bu azalmanın qısamüddətli olacağını, gələn ildən artımın yenidən sürət götürəcəyini bildirir. 2025-ci ilədək Honq Konqa gedən turist sayının ilə 45 milyona çatacağı gözlənir.
 
Honq Konqdan fərqli olaraq, Tailandın paytaxtı Banqkoka səfər edənlərin sayı bu il artıb. Bu, daha çox Çindən ilk dəfə gələn səyahətçiləri hədəfləyən tur-paketlərlə izah olunur. Bu il Banqkoka səyahət sayının 9,5 faiz artaraq 21,3 milyon nəfərə çatacağı gözlənir.
 
London isə 19,8 milyon turistlə üçüncü yerdə qərarlaşıb.
 
2017-ci ildə Londona səfərlər 3,4 faiz artıb ki, bu əsasən, ölkə ötən il Avropa Birliyindən çıxmağa səs verəndən sonra funt-sterlinqin 15 faiz ucuzlaşmasıyla yozulur. Britaniyanın bahalı yer olması fikri dəyişdikcə, səyahət edənləri də çoxalıb.
 
İlk onluğa Sinqapur, Makao, Dubay, Nyu-York, Şençjen və Kuala-Lumpur da düşüb.
 
Azərbaycanın şimal qonşusunun da adı bu siyahıda yer alıb. Rusiyanın paytaxtını 2017-ci il ərzində 5 milyona yaxın insan ziyarət edib. Bu isə ona 49-cu yeri qazandırıb. Sankt Peterburq isə 2,9 milyon turistlə 70-ci pillədə qərarlaşa bilib. 
 
Dünyanın ən gözəl şəhərlərindən biri hesab edilən İstanbul qabaqcıəl yerlərdən birini tutub. Şəhər 8 milyon turistlə 15-ci yerdə qərarlaşıb. (azadliq.org) 

Google+ WhatsApp ok.ru