Turizm sahəsində problemlər nədən ibarətdir?, Manatın taleyi necə olacaq?

Turizm sahəsində problemlər nədən ibarətdir?, Manatın taleyi necə olacaq?

Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin “Qafqazinfo”ya müsahibə verib.
 
Maide.Az bildirir ki, həmin müsahibə N.Cəfərli müxtəlif məsələlər haqqında  söz açıb  və ölkədə turizm sahəsindəki problemlər və dolların  qiymətinin nə qədər qalxacağından danışıb.  
 
N.Cəfərli bildirib ki, Turizm probleminin ilkin səbəbi viza məsələsidir. "Azərbaycan nədənsə nə Avropa Birliyi ölkələri, nə Amerika, nə Yaponiya, nə Çinlə viza məsələsini qaldırmaq istəmir. Hələ onları bir kənara qoyaq. Qonşu ölkələrlə vizanı aradan götürmək istəmir. Artıq bir ayıb olan halına gəlib ki, uzun illərdir Azərbaycan vətəndaşlarına Türkiyə viza tətbiq etmədiyi halda, Azərbaycan bunu edir. Məsələn, Gürcüstan 108 ölkə ilə viza sistemini ləğv etdi. Bu da turizmin inkişafına böyük təkan verdi. Azərbaycanda isə MDB ölkələrindən başqa vizasız gediş-gəliş yoxdur.
 
İkincisi isə, Azərbaycan hökuməti isə uzun illər böyük və dəbdəbəli otellərin tikilməsinə üstünlük verdi. Amma heç bir araşdırılma aparılmadı ki, XXI əsrin turist profili xeyli dərəcədə dəyişib. Bu əsrdə artıq turistlər çox bahalı otellərdə qalmağı seçmirlər. Oteldə cəmi bir neçə saat yatmağa heç bir turist 300-500 dollar verməyi düşünmür. Bizdə isə bahalı otellərin tikilməsi turizmə dəstək olmaq əvəzinə maneəyə çevrildi. Ölkədə hostellər, iki-üç ulduzlu otelllər zənciri yoxdur. Amma regionda turist rəqibimiz olan Gürcüstanda 1000-dən çox hostellər var."
 
Onun sözlərinə görə, manatın dəyərinin düşməsi məsələsinin  müxtəlif səbəbləri var. " Manatın taleyi təəssüf ki, tək bizdən asılı deyil. Azərbaycan hökuməti nə qədər inkar etsə də, üzən məzənnə prinsipi ilə deyil, inzibati qaydada məzənnə müəyyən olunur. Digər səbəblərdən biri ətrafımızda olan ölkələrin valyuta məzənnələrinin dollara nisbətən tez-tez oynaması və neft qiymətlərində baş verən dəyişikliklərdir. Hər iki sahədə də dünyada ciddi gözləntilər yaranıb. Dünya FED-in növbəti faiz artımını gözləyir. Bu yaxın zamanlarda başa verəcək. Bu isə dolların dünyada bahalaşmasına səbəb olacaq.
 
Neft qiymətlərində 49- 50 civarında irəliləyiş olsa da, qiymətin bu civarda qalacağı ilə bağlı ümid yoxdur. Amma hesab etmirəm ki, Azərbaycan hökuməti əvvəlki kimi 47, yaxud 34 faizlik kəskin devalvasiyaya getsin. Çünki nəhayət hökumət də anladı ki, kəskin devalvasiyanı həzm etməyə Azərbaycan iqtisadiyyatının gücü yoxdur. Ona görə bank sektorunda, pərakəndə ticarətdə problemlər var. İndi yumşaq şəkildə manatı gündəlik 2-3 qəpik azaldacaqlar. Azərbaycanda rəsmi məzənnənin ən pik nöqtəsi 1.64 olub. İndi də həmin səviyyələrə doğru gedirik."

Google+ WhatsApp ok.ru