TÖVHİD

TÖVHİD

(Hər kəs Şeytanı [və ya bütləri] inkar edib Allaha iman gətirərsə, o, artıq [qırılmaq bilməyən] ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah [hər şeyi olduğu kimi] eşidən və biləndir!)[1] (Kim yaxşı əməl sahibi olub özünü [səmimi qəlbdən] Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən, [Qurandan, imandan] yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır! [Buyuruq Allahdandır])[2]

Allah-Təala yuxarıdakı iki ayədə möhkəm ipdən yapışmağı həlak olmaqdan nicat tapıb yüksək dərəcəyə çatmaq vasitəsi kimi tanıtdırmışdır. Bu möhkəm vasitəni ən gözəl ifadə ilə «Allaha müxtəlif mərhələlərdə iman gətirmək» kimi adlandırmışdır. Quran da öz növbəsində kamil fəsahət və bəlağətlə haqqa iman gətirməyin və «Ürvətul-vüsqa»dan yapışmağın müxtəlif və saysız mərhələlərini qeyd etmişdir. Bütün möminlər Allaha iman gətirməyin ilk mərhələsində şərikdirlər və bu məqam onların hamısından daha ümumi və əhatəlidir. Lakin onun birinci ayədə qeyd olunan ilk mərhələsindən ikinci ayədən başa düşülən ən kamil mərhələsinə qədər olan məqamlar arasında geniş fərqlər vardır.

 


[1] «Bəqərə» surəsi, ayə 256.

[2]

 

Google+ WhatsApp