Twitter-də 140 işarə? Tezliklə bu rəqəm dəyişə bilər...

Twitter-də 140 işarə? Tezliklə bu rəqəm dəyişə bilər...

Twitter sosial şəbəkəsində 140 işarədən istifadənin bəlkə də sayılı günləri qalıb.
 
Mikrobloq xidməti ismarıclardakı işarələrin həddini iki dəfə artıraraq 280 işarəyə yüksəltmək barədə fikirləşirlər.
 
Hələ ki, sosial şəbəkə bu yeniliyi məhdud istifadəçilər üçün sınaqdan keçirir.
 
Şirkət nümayəndələrinin fikrincə, mümkün dəyişikliklər insanlara "öz fikirlərini asan ifadə etməyə" köməklik edəcək.
 
"Bütün fikirləri bir tvit-ə necə sığışdırmaq olar? Biz hamımız bunu görmüşük və bu bir əzabdır ", - deyə Twitter-in meneceri Eliza Rosen öz bloqunda yazıb. Şirkət bir çox istifadəçinin 140 işarəyə emosional bağlılıq hiss edə biləcəyini etiraf edib.
 
"Biz də bunu hiss etmişik. Lakin biz yeni variantı sınaqdan keçirdik və onun necə yaxşı olduğunu gördük", - deyə Rosen bildirib.
 
Twitter-dən bir çox məhşur insanlar istifadə etsə də, şirkətin maliyyə nəticələri heç də qənaətbəxş deyil. Twitter istifadəçiləri arasında ABŞ prezidenti Donald Trump da var.
 
Şirkət 2017-ci ilin ikinci rübündə 116 milyon dollar ziyan etdiyini qeyd etməklə yanaşı sosial şəbəkə istifadəçi bazasını da artıra bilməyib. Buna görə də şirkət işarə həddinin artırılmasının sosial şəbəkəyə xeyir gətirəcəyinə və yeni istifadəçilər cəlb edəcəyinə ümid edir.
 
Twitter istifadəçilərinin sayı 328 milyondur. Müqayisə üçün Facebook-un istifadəçiləri isə 2 milyarddır.
 
Twitter bu yeniliyi yapon, çin və koreya dilindən başqa bütün dillərdə istifadə edəcək. Məhz bu dillər şirkəti bu yeniliyi etməyə ilhamlandırıb. Çünki bir heroqlif daha çox informasiya verir. Demək ki, kifayət qədər daha çox məlumat yazmaq olar.
 
Şirkətin məlumatına görə, bu dildə yazan istifadəçilər Twitter-dən daha çox istifadə edirlər. "Fikirləri 140 işarədən az olan insanlar daha çox tvitləyirlər".
 
Twitter-in təsisçisi Jack Dorsey 140 işarə çərçivəsindən ilk çıxanlardan biridir:
 
"Bu kiçik dəyişiklik də olsa bizim üçün böyük addımdır. 140 işarə ismarış həddindəki 160 işarəyə əsasən təsadüfi seçilmişdi. Şirkət komandasının tvit yazmaq istəyən insanların qarşılaşdığı problemi necə həll etməyi düşünmələri ilə qürur hiss keçirdirəm. Bununla yanaşı onlar qısalığı, sürəti və mahiyyəti qoruyub saxlayıblar!"(bbc)
 

Google+ WhatsApp ok.ru