`Twitter` may ayından 70 milyondan artıq şübhəli hesabı blok edib 07 İyul 2018 01:00 Maraq dünyası -- `Twitter` qəzetin təqdim etdiyi hesabatdakı rəqəmləri təsdiq edib. "Twitter" sosial şəbəkəsi may ayından 70 milyondan artıq saxta və şübhəli hesabı blok edib. Trend-in "The Washington Post"a istinadən verdiyi məlumata görə, sosial şəbəkə hər gün ərzində təqribən bir milyon hesab blok edib. 2017-ci ilin oktyabr ayından sosial şəbəkə saxta hesablarla mübarizədə fəallığı iki dəfə artırıb. "Twitter" qəzetin təqdim etdiyi hesabatdakı rəqəmləri təsdiq edib. "The Washington Post" qeyd edir ki, sosial şəbəkə may ayında platformanın istifadəçilərin mənfi davranışlarını müəyyən etmək üçün istifadə etdiyi alqoritmlərdə böyük dəyişikliklər edildiyini bildirib. Sosial şəbəkə gələn həftə əlavə tədbirlər haqqında elan etmək niyyətindədir. Teqlər : #`Twitter` may ayından 70 milyondan artıq şübhəli hesabı blok edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Texnologiya nəhəngləri sizin məlumatlarınızla əslində nə edir? WhatsAppda bu mesajı paylaşmayın!