Twitter 1,21 milyon hesabı bağlayıb

Twitter 1,21 milyon hesabı bağlayıb

-- “terrorçuluğun təbliği”nə görə

Twitter sosial şəbəkəsi bildirir ki, 2015-ci ildən 2017-ci ilin sonunadək 1,21 milyon hesabı “terrorçuluğun təbliği”nə görə bağlayıb. Şəbəkə bildirir ki, bu addımı zorakı kontent üçün “arzuolunmaz məkan”a çevrildyindən atmalı olub.
 
“Saytımızı terrorçuluğu yaymaq istəyənlər üçün arzuolunmaz məkana çevirmək yönündə illərdir davam edən ağır işin müsbət, vacib təsirini görməkdəyik”, – qurum aprelin 5-də bildirib.
 
Twitter və digər sosial şəbəkələrə hökumətlər təzyiq göstərir ki, zorakı hücumlara çağıran yaraqlılar və digərləriylə mübarizə aparsın.
 
Sonuncu “şəffaflıq hesabatı”nda Twitter bildirirdi ki, “terrorçuluğun təbliğatıyla bağlı pozuntular səbəbindən” 2017-ci ilin ikinci yarısında 274 min 460 hesabı bağlayıb. Bu, daha öncəki hesabat müddətindən 8,4 faizlik azalma demək idi.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru