Twitter ismarcların uzunluğunu artırıb

Twitter ismarcların uzunluğunu artırıb

-- Yeni qaydalar yapon, Çin və Koreya dillərinə aid deyil, çünki..

Twitter sosial şəbəkəsi tvitlərin uzunluğunu 280 simvoladək artırıb. Bu haqda şirkətin rəsmi bloqunda məlumat yerləşdirilib.
 
 Bu qərar sentyabrdan aparılan eksperimentə əsasən verilib. Twitter bildirir ki, ilk günlər istifadəçilərin çoxu mesajlarını 280-dək simvolla yazıblar, sonradan daha qısa varianta keçiblər. Tvitlərin yalnız 5 faizinin uzunluğu 140, 2 faizi isə 190 simvoldan çox olub.
 
Yeni qaydalar yapon, Çin və Koreya dillərinə aid deyil, çünki bu ölkələrdə istifadəçilər heroqliflərlə yazır və nadir hallarda 140 simvolluq limiti aşırlar.
 
2016-cı ildə Twitter ismarıcların simvol sayını artırmışdı, mətnə salınan istinadlar, fotolar nəzərə alınmırdı.
 
Twitter 2006-cı ildə yaradılıb, hazırda 320 milyonadək istifadəçisi var. (azadliq.org)

Google+ WhatsApp ok.ru