Türkiyə: ABŞ Tək qalıb

Türkiyə: ABŞ Tək qalıb

-- Bütün dünya Qüds məsələsində birlik içində

 Prezidentin mətbuat katibi ABŞ-ın BMT TŞ-dakı Qüds layihəsini veto etməsi ilə bağlı yeni bir açıqlama verib.
 
Maide.Az "Habar7"-ə istinadən xəbər verir ki, Türkiyə Prezident mətbuat xidmətinin rəhbəri Səfir İbrahim Kalın "Təhlükəsizlik Şurasının iclasında qərar 14 lehinə səsə qarşı 1 əleyhinə səs ilə rədd edilib. ABŞ-ın vetosu ilə bu qərar rədd edilib. Bu da əslində çox mühüm bir göstəricidir. Çünki Amerika burada tək qalmışdır. Bütün dünya Qüds məsələsində birlik içində hərəkət edib",- deyib.
 
Kalın Tramp rəhbərliyinin aldığı qərarın hər nə qədər hüquqsuz bir qərar olmasına baxmayaraq, bundan bir xeyir çıxdığını, Fələstin məsələsinin bütün dünya tərəfindən yenidən yada düşdüyünü qeyd edib.
 
Xatırladaq ki, layihədə Müqəddəs Qüds şəhərinin statusu və demoqrafik tərkibini dəyişməyə yönəlmiş bütün qərarları qeyri-legitim, etibarsız və hüquqi əsası olmadığı və ABŞ-ın bu qərarının geri çəkilməsinin vacibliyi vurğulanmışdı.
 
BMT Təhlükəsizlik Şurasının 5 əsas üzvündən biri kimi ABŞ öz istəyinə qarşı olan layihələrə veto qoyur. Ona verilmiş bu müstəsna “hüquq” isə BMT-nin nə qədər “demokratik” bir qurum olduğunu ortaya qoyur.
 
İşğalçı İsrail  rejimi Qüdsü  tam olaraq 1967-ci il müharibəsində işğal və daha sonra ilhaq edib. İsrailin bu aktı dünya birliyi tərəfindən qəbul olunmayıb.
 
Trump-ın qərarı elan ediləndən bəri Qərb sahilində və Qəzza zolağında etirazlar başlayıb.
 
Bu bölgələrdə üç min insan etiraz yürüşü keçirərək Amerika və İsrail bayraqlarını yandırıb, Trump-ın portretlərin tapdalayıb. Tehran, İstanbul, Əmman, Rabat, Beyrut, Qahirə və İslamabadda da etiraz mitinqləri olub.
 
50-dən çox müsəlman ölkəsi Trump-ın qərarına birgə bəyanatla etiraz bildirib.
 

Google+ WhatsApp ok.ru