`Türkiyə Afrin hücumunda İŞİD qruplaşma üzvlərindən istifadə edir?`

`Türkiyə Afrin hücumunda İŞİD qruplaşma üzvlərindən istifadə edir?`

-- `The Independent` qəzeti nə yazır?

"The Independent" keçmiş İŞİD mənbələrinə istinadən yazır ki, Türkiyə Suriyanın şimalındakı Afrin anklavına hücumun aparılması üçün İŞİD terror qruplaşmasının üzvlərini səfərbər edir və onlara təlim keçirir.
 
"Afrində YPG-yə qarşı döyüşənlərin əksəriyyəti İŞİD üzvləridir. Türkiyə onların döyüş taktikalarını dəyişmək məqsədilə cihadçılara təlim keçir" - Fərəcadlı keçmiş İŞİD döyüşçüsü deyib.
 
"The Independent" qəzetinə telefonla verdiyi müsahibədə Fərəc daha sonra deyib: "Əməliyyatın əvvəlində Türkiyə camaatı çaşdırmaq üçün İŞİD-ə qarşı döyüşdüyünü deyib, amma əslində onlar İŞİD üzvlərinə təlim keçib Afrinə göndərirlər".
 
Afrin regionundakı əməliyyatda 6 minlik Türkiyə əsgəri qüvvəsinin və 10 min Azad Suriya Ordusu döyüşçüsünün iştirak etdiyi bildirilir.
 
Hücumun ön xəttində irəliləyən Azad Suriya Ordusu (ASO) əvvəllər Qərb tərəfindən dəstəklənmiş qeyri-cihadçı qruplaşmalardan təşkil olunub. İndi isə məlum olur ki, bunların əksəriyyəti son vaxtlarədək İŞİD-in sıralarında döyüşənlərdir.
 
"The Independent" yazır ki, Afrin hücumunda iştirak edən bəzi ASO döyüşçüləri əl-Qaedaya bağlı olduqlarını gizlətmirlər. İnternetdə yayılmış videolardan birində əyinlərində hərbi geyim olan üç cihadçının keçmiş döyüşləri barədə mahnı oxuduqları görünür. Onlar "biz Qroznıda belə döyüşdük, Dağıstanda elə vuruşduq" deyə oxuyurlar.
 
Mahnıda daha sonra deyilir: "Biz Tora Boranı tutduq, indi də Afrin bizi səsləyir".
 
İŞİD ötən il İraqdakı Mosulu və Suriyadakı Raqqanı itirərək böyük itgilər verib və Əbubəkr əl-Bağdadinin 2014-cü ildə elan etdiyi xilafət dağılıb. Terror qruplaşmasının  bir çox təcrübəli komandir və döyüşçüləri həlak olub.
 
Lakin son iki ayda İŞİD-in Suirya və İraqda dirçəlməyə çalışdığı görünür.(bbc)
 
 
 

Google+ WhatsApp ok.ru