Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır

Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır

Türkiyə Naxçıvan Muxtar Respublikası ilə azad iqtisadi zona yaradır.
 
Bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
 
Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb.
 
"Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib", - deyə nazir bildirib.
 
Zeybekçi qeyd edib ki, Naxçıvanla aparılacaq ticarət Türkiyənin başqa şəhərlərlə aparılan ticarətindən fərqlənməyəcək. Əməliyyat zamanı türk lirəsindən istifadə ediləcək. (trend) /

Google+ WhatsApp ok.ru