Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək

Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək

 
Bu gün futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk derbisi keçiriləcək.
 
Maide.Az xəbər verir ki, İstanbuldakı "Vodafone Arena"da "Beşiktaş"la "Qalatasaray" üz-üzə gələcək. 
 
Bakı vaxtı ilə saat 21:00-da başlanacaq görüşə FİFA referisi Ali Payabıyıkın rəhbərlik etdiyi hakimlər briqadası təyinat alıb. 
 
Bu, iki komanda arasındakı 340-cı qarşılaşma olacaq. İlk dəfə 22 avqust 1924-cü ildə görüşən klubların 399 oyununun 120-də "Qalatasaray", 107-də "Beşiktaş" qalib gəlib. 112 görüşdə isə qalib müəyyənləşməyib. "Aslanlar" ümumilikdə rəqib qapısına 478 qol vurub, 445 top isə buraxıb. 
 
Ölkə çempionatında 116-cı dəfə qarşlaşacaq komandalarda üstünlük yenə "Qalatasaray"ın tərəfindədir. Bu matçların 43-də "sarı-qırmızılılar", 32-də "qara-qartallar" sevinib. 41 oyunda isə bərabərlik qeydə alınıb. Qol sayında da "Qalatasaray" rəqibini qabağlayıb. (report) /

Google+ WhatsApp ok.ru