Türkiyə - İran sərhəd qapısı fasiləsiz işləyəcək

Türkiyə - İran sərhəd qapısı fasiləsiz işləyəcək

-- Sərhəd qapısının 24 saat işləməsi Novruz bayramı öncəsi insanların rahat gediş-gəlişinə şərair yaradacaq

Türkiyənin Van şəhərindən İrana açılan Kapıköy sərhəd keçid məntəqəsi 24 saatlıq iş qrafikinə keçəcək.
 
Maide.Az "Mehrnews"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Gömrük və Ticarət naziri Bülənt Tüfəngçi məlumat verib:
 
"Gurbulaq və Əsəndərə məntəqələri 24 saat işləyirdi. Kapıköyün də fasiləsiz qrafikə keçməsindən sonra iki ölkə arasında ticarət əlaqələri genişlənəcək".
 
Nazir deyib ki, artıq məsələ İran tərəfi ilə də razılaşdırılıb.
 
Sərhəd qapısının 24 saat işləməsi Novruz bayramı öncəsi insanların rahat gediş-gəlişinə şərair yaradacaq.

 

Google+ WhatsApp ok.ru