Türkiyə şirkəti sionist İsrailin işğal etdiyi torpaqlarda şirkət təsis edir

Türkiyə şirkəti sionist İsrailin işğal etdiyi torpaqlarda şirkət təsis edir

Türkiyənin “Zorlu Enerji Elektrik Üretim AŞ” şirkəti sionist İsrail rejiminin işğal etdiyi Fələstin torpaqlarında enerji şirkəti təsis edir. 
 
Maide.Az xəbər verir ki, şirkət öz açıqlamasında bildirib ki, təsis olunacaq şirkətə “Zorlu Enerji İsrail Ltd” adı verilib və artıq təsis edəcəyi şirkətin lazımi sənədlərini işğalçı rejimin Ticarət Qeydiyyatı idarəsinə təqdim edib. 
 
"Zorlu Enerji" şirkəti fevral ayında işğalçı İsrail rejimilə iş birliyi edərək Fələstinin işğal olunmuş ərazilərində enerji şirkəti təsis edəcəyini açıqlamışdı. (milli gazete)
 

Google+ WhatsApp ok.ru