Türkiyədə 477 miqrant saxlanılıb

Türkiyədə 477 miqrant saxlanılıb

Türkiyənin Ədirnə şəhərində 477 miqrant saxlanılıb.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, saxlanılanlar Əfqanıstan, Hindistan, Suriya, Pakistan, İran, Fələstin, Myanma və Banqladeş vətəndaşlarıdır.
 
Onlar qanunsuz yolla Yunanıstan ərazisinə keçməyə cəhd ediblər.
 
Saxlanılanlar ilkin araşdırmalardan sonra Ədirnə Miqrasiya İdarəsinə göndərilib.

Google+ WhatsApp ok.ru