Türkiyədə bələdiyyədə ştatda çalışan uzunqulaqlardan 3-ü `təqaüdə` göndərilib - FOTO

Türkiyədə bələdiyyədə ştatda çalışan uzunqulaqlardan 3-ü `təqaüdə` göndərilib - FOTO

-- uzunqulaqlar 8-9 il xidmət edib

Türkiyənin Mardin rayonunda tullantıların toplanmasında istifadə edilən ştatlı uzunqulaqlardan 3-ü mərasimlə "təqaüdə" göndərilib.
 
Maide.Az "haber7"-ə istinadən xəbər verir ki, rayonun məişət tullantılarını daşıyan 40 ştatlı uzunqulaqdan artıq işləyə bilməyəcək vəziyyətə gəldiyi müəyyən olunan və "təqaüdə göndərilən" 3-ü üçün mərasim keçirilib.
 
Təşkil olunan tədbirdə klassik musiqi səsləndirilib. Mərasim zamanı çalınan Motsart və Bethovenin musiqi əsərləri maraq doğurub.
 
"Xidmət müddəti" başa çatan 3 uzunqulağın yük yəhəri bağlanan qırmızı lentlər kəsilib. Uzunqulaqlara teşt içərisində tərəvəz və meyvə verilib.
 
Uzunqulaqlar həyatlarına bələdiyyə nəzdindəki sığınacaqda davam edəcək.
 
Mərasimdə danışan bələdiyyə təmizlik işləri müdiri 5-6 yaşlarında alınan uzunqulaqların təmizlik işlərində istifadə edildiyini söyləyib.
 
Rayondakı əksər küçənin pilləkənli olduğuna işarə edən müdir məişət tullantılarının toplanması üçün bu səbəblə uzunqulaqlardan istifadə edildiyini bildirib.
 
O, uzunqulaqların sağlamlıq vəziyyətinə görə 8-9 il xidmət etdiyini ifadə edərək, "Hazırda 40 uzunqulaqlarımız var. Mütəxəssis kadrlarımız var və bu mütəxəssislərlə təqaüdə çıxarılacaq heyvanlar müəyyən edilir. Təqaüdə çıxarılan uzunqulaqlarımıza isə bələdiyyə nəzdindəki sığınacaqda qalma imkanı yaradırıq",- deyib.
 
Jurnalistlərin "Təqaüdə çıxarılan uzunqulaqlara mükafat ya da maaş verilib verilməyəcəyi" istiqamətindəki yumoristik sualına "Azadlıq. Bu saatdan sonra çalışmayacaqlar. Sığınacaqda bütün ehtiyacları ölənə qədər qarşılanacaq",- cavabını verib. 
 
 
 
 

Google+ WhatsApp ok.ru