Türkiyədə kazarmada yanğın və partlayış: 10 hərbçi xəstəxanada 13 İyul 2017 01:00 Xəbərlər Türkiyənin Kilis vilayətində "Fərat qalxanı" əməliyyatında iştirak edən hərbçilərin qaldığı konteynerlərdən ibarət kazarmada yanğın baş verib. Trend-in məlumatına görə, əsən güclü külək nəticəsində yanğın silah anbarına keçib, bir sıra döyüş sursatları partlayıb. Qatı tüstüdən zəhərlənən 10 hərbçi xəstəxanaya yerləşdirilib. Yanğının söndürülməsinə helikopter də cəlb olunub. Hazırda hansı səbəbdən baş verdiyi araşdırılan yanğın söndürülüb. Teqlər : #Türkiyədə kazarmada yanğın və partlayış: 10 hərbçi xəstəxanada, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ATƏT-in yeni baş katibi bəlli oldu “Facebook Messenger”də reklam yerləşdirmək funksiyası istifadəyə veriləcək