Türkiyədə referendumda seçicilərin 51.3 faizi Konstitusiyaya dəyişiklikləri dəstəkləyib

Türkiyədə referendumda seçicilərin 51.3 faizi Konstitusiyaya dəyişiklikləri dəstəkləyib

Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb. 
 
Seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.
 
Prezidentin tərəfdarları "bəli" səsinin ölkəni müasirləşdirəcəyini deyirlər. Rəqiblər isə belə nəticənin avtoritar qaydalarla idarəetməyə gətirib çıxaracağından narahatdırlar.
 
Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
 
Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib. (Maide.az)

Google+ WhatsApp ok.ru