Türkiyədə yaşayış mininumu artmağa davam edir

Türkiyədə yaşayış mininumu artmağa davam edir

Türkiyədə iyul ayının statistikasına əsasən 4 nəfərlik bir ailənin yaşayış minimumu 1744 lirəyə (təxminən 590 manat) çatıb.
 
Maide.Az Tükiyə mətbuatına istinadən xəbər verir ki, bu rəqəm 2003-cü ildə 413 lirə olub. Geridə qalan 15 ildə artım tempi 423 faiz olub.
 
Ötən ilə nisbətən isə 252 lirə artıb.
 
Hazırda bir ailənin sağlam qidalana bilməsi üçün günlük minimum 58,14 lirəyə ehtiyac var.
 
Ən çox pul xərclənən qidalar sırasında isə pendir, ət, toyuq və balıq üst sıralarda yer alıb.

Google+ WhatsApp ok.ru