Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Türkiyənin Van gölündə 3.9 bal gücündə zəlzələ baş verib.
 
Publika.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələni Türkiyənin Boğaziçi Universitetinin Zəlzələ Araşdırma Mərkəzi qeydə alıb.
 
Bu gün səhər saat 07:35-də baş verən zəlzələnin episentri Van gölündə qeydə alınıb.
 
Yerin 5 kilometr dərinliyində baş verən zəlzələ yaxın ərazilərdə yaşayan insanlarda təşviş yaradıb.
 

Google+ WhatsApp ok.ru