Türkmənistan aclıq ərəfəsində - VİDEO

Türkmənistan aclıq ərəfəsində - VİDEO

-- insanlar un tapa bilmir

Türkmənistanda əsas qida məhsullarının defisiti daha da dərinləşir.
 
Maide.Az xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosunun Türkmənistan xidməti yayıb. Radio hətta ev heyvanlarının qidalanması üçün lazım olan kəpəyin ölkədə çatışmadığını və bunun əldə edilməsi üçün növbələrin yarandığını bildirib.
 
Daşoğuz şəhərində çəkilən videolardan birində qadınların və uşaqların bu yemi əldə etmək üçün bir-biriylə dalaşdığı əks olunub.
 
Qeyd edək ki, fevralda ölkədə unun qiyməti iki dəfə artıb. Digər qida məhsullarının qiymətləri də 70-100% qalxıb. Dövlət mağazalarında un əhaliyə talonla (5 kiloqramdan artıq olmamaq şərtiylə - red.) verilir. Bu talonları əldə etmək üçün isə 5 dövlət müəssisəsindən ərizə almaq lazım gəlir.
 
Bəzi mətbuat orqanları əhaliyə paylanan unun 2008-ci ildən qaldığını və yararlılıq müddətinin keçdiyini bildiriblər. Hətta bu tip un üçün insanlar 10-15 gün ərzində növbələrdə qalmağa məcbur olurlar.
 

 

Google+ WhatsApp ok.ru