Tüstünün fəsadları: 37 min hamilə qadın üzrə araşdırma

Tüstünün fəsadları: 37 min hamilə qadın üzrə araşdırma

Kanadanın York Universitetinin alimləri hamilə qadınların siqaretin dolayı təsirinə məruz qalmasının fəsadlarını araşdırıb.
 
Maide.Az bildirir ki, Novator.az-ın məlumatına görə, tədqiqat siqaret tüstüsü udmağa məhkum hamilə qadınlarda dölün inkişafdan qalması və tələf olması riskinin yüksək olduğunu üzə çıxarıb.
 
Nəticələr Pakistan, Ermənistan, İndoneziya, Nigeriya, Banqladeş və Nepalda yaşayan 37 min qadının hamiləlik məlumatlarının təhlilinə əsaslanır. Tədqiqata cəlb olunan qadınların 50%-nin hamiləlik zamanı siqaretin təsirinə məruz qaldığı bilinib. Onlar öz evlərində siqaret tüstüsü ilə çirklənmiş hava udmaq zorunda qalıblar.
 
Alimlərin hesablamasına əsasən, İndoneziyada belə hal il ərzində 10 min dölün tələf olmasına gətirib. Bu, tələf olan döllərin 14%-i deməkdir.
 
Pakistanda hamiləliyin itirilməsi hallarının 1%-i siqaretdən aktiv istifadə üzündən, 7%-i (il ərzində 17 min dölün tələf olması) passiv istifadə səbəbindən baş verib.
 
Nigeriyada siqaretin təsirinə məruz qalma səbəbindən dölün itirilməsi göstəricisi 1%-ə bərabər olub.
 

Google+ WhatsApp ok.ru