Təcili yardım: 4 qadın qarda yıxılaraq xəsarət alıb

Təcili yardım: 4 qadın qarda yıxılaraq xəsarət alıb

Bakıda güclü qarın yağması və yolların buz bağlaması nəticəsində 4 nəfər yıxılaraq xəsarət alıb.
 
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya  bildirib ki, xəsarət alanların hamısı qadındır.
 
Onlardan 1-i kəllə beyin və aşağı ətrafların zədəsi ilə Klinik Tibbi Mərkəzə, qalan 3 nəfər isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb.  /

Google+ WhatsApp ok.ru