`Təcridxanada jurnalistə nə ventilyator verirlər, nə də pəncərə açmağa qoyurlar`

`Təcridxanada jurnalistə nə ventilyator verirlər, nə də pəncərə açmağa qoyurlar`

"Kanal 13" internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovun saxlanıldığı istintaq təcridxanasında qeyri-insani rəftara məruz qaldığı bildirilir.
 
Bu haqda bu gün, iyulun 24-də telefonla həbsdəki jurnalistlə əlaqə saxlamış xanımı Lamiyə Orucova məlumat verib.
 
“Əziz Orucov artıq, 3 aydır ki, həbsdədir. Bu müddət ərzində bir dəfə də olsun mənə nəsə barədə şikayət etməmişdi. Görün, indi onu nə həddə çatdırıblar ki, mənə təcridxanada onu incitmələri barədə bildirir”, – deyən xanımının sözlərinə görə, Ə.Orucov təcridxanada ayrı-seçkiliyə məruz qalır.
 
“Çöldə 40 dərəcə istilik olmasına, kamerada hamının pəncərəsi açıq olmasına baxmayaraq, Əziz Orucovun pəncərəsini açmağa icazə vermirlər. Hamının otağında “ventilyator”u var, ancaq ona pəncərəni açmağa da icazə vermirlər”.
 
Xanımı deyir ki, Ə.Orucovun yazdığı məktubları da göndərməyə qoymurlar.
 
Təcridxana təkzib edir
Ə.Orucovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından isə jurnalistin durumu ilə bağlı söylənilənləri təsdiqləməyiblər.
Təcridxanadan deyiblər ki, heç bir saxlanan şəxsə fərq qoyulmur. “Saxlanan şəxslərə ayrı-seçkilik edilməsi, onların hüquqlarının pozulması haqda deyilənlər doğru deyil. Qanunvericilik onların hüquqlarını müəyyən edib və bu hüquqlar təmin olunur”, təcridxanadan deyiblər. (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru