Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib 29 Avqust 2017 01:00 Elm, Təhsil Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib. Nazilikdən APA-ya verilən məlumata görə, 2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. “Şagirdlərdən və onların valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir”, - deyə müraciətdə bildirilir. / Teqlər : #Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali məktəblərə və magistraturaya qəbul olanların qeydiyyatı bu gün başa çatır I sinfə qeydiyyata gecikən valideynlər nə etməlidir?