Təyyarənin qapısı evin həyətinə düşdü

Təyyarənin qapısı evin həyətinə düşdü

-- Təyyarə 750 metr hündürlükdə məşğələ uçuşu həyata keçirirmiş

Hindistanın Sekunderabad şəhərində havada olan yüngül mühərrikli təyyarənin qapısı yaşayış evinin həyətinə düşüb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, təyyarə 750 metr hündürlükdə məşğələ uçuşu həyata keçirirmiş.
 
Bildirilir ki, hadisə zamanı evdə heç kim olmayıb, bu səbəbdən xəsarət alan olmayıb.
 
Pilot hadisədən sonra təyyarəni uğurla yerə endirə bilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru