Təzyiqin qalxmasının ƏSAS 10 SƏBƏBİ

Təzyiqin qalxmasının ƏSAS 10 SƏBƏBİ

Tibbi statistika göstərir ki, dünyada insanların 40% yüksək təzyiqdən əziyyət çəkir.
 
Maide.İnfo saglamolunaz-a istinadən xəbər verir ki, yüksək təzyiq çox təhlükəli haldır. Uzun müddət ərzində mövcud olan yüksək təzyiq ciddi pozulmalara (ürək-damar, böyrək xəstəlikləri, korluq, infarkt, insult) səbəb ola bilər.
 
Təzyiqin qalxmasının əsas səbəbləri arasında:
- Xroniki stress. Stress zamanı orqanizmdə stress-hormonların səviyyəsi artır ki, bu da ilk növbədə ürək və damarlara "vurur".
- İrsiyyət.
- Böyrək xəstəlikləri. Böyrəklərimiz arterial təzyiqin tənzimlənməsində əsas rol oynayır. Bu səbəbdən böyrək xəstəlikləri təzyiqin qalxmasına səbəb olur.
- Boyun osteoxondrozu. Bu pozulma zamanı boyun damarları sıxılır ki, bu da təzyiqin qalxmasına səbəb olur.
- Qidalanmada şəkərin çox olması. Şəkər damarlarda iltihabın inkişafına səbəb olur ki, iltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır, damarlar daralır, ateroskleroz inkişaf edir. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir.
- Qidalanmada duzun həddindən çox olması. Duz orqanizmdə mayenin yığılmasına səbəb olur. Artıq maye ürək və damarları yükləyir, onlarda pozulmaların riskini artırır.
- Spirtli içkilərdən sui-istifadə. Spirtli içkilər də damarlarda iltihab yaradır.
- Azhərəkətli həyat tərzi.
- Artıq çəki. Artıq çəki də ürək və damarlar üçün çox təhlükəlidir.
- Siqaret çəkmək. Bu damarların daim sıxılmasına, damarlarda trombların əmələ gəlməsinə səbəb olur. /

Google+ WhatsApp ok.ru