UŞAĞIN TƏRBİYƏSİNDƏ VƏDƏ SADİQLİYİN TƏSİRİ

UŞAĞIN TƏRBİYƏSİNDƏ VƏDƏ SADİQLİYİN TƏSİRİ

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

أحِبُّوا الصِّبيانَ وَارحَموهُم ، وإذا وَعَدتُموهُم شَيئا فَفوا لَهُم ؛ فَإِنَّهُم لا يَدرونَ إلاّ أنَّكُم تَرزُقونَهُم.

“Uşaqları sevin, onlarla mehriban olun və onlara vəd verdikdə, əməl edin ki, onlar sizin vasitənizlə ruzi yediklərini təsəvvür edirlər.” (“Əl-kafi”, 6-cı cild, səh. 49, hədis 3; “Təhzibul-əhkam”, 8-ci cild, səh. 113, hədis 389.)

İmam Kazim (ə) də buyurmuşdur:

إذا وَعَدتُم الصِّبيانَ فَفوا لَهُم ؛ فَإِنَّهُم يَرَونَ أنَّكُم الّذينَ تَرزُقونَهُم، إنَّ اللّه َ عز و جل لَيسَ يَغضَبُ لِشَيءٍ كَغَضَبِهِ لِلنِّساءِ وَالصِّبيانِ .

“Uşaqlara vəd verdikdə, ona sadiq qalın ki, onlar sizin vasitənizlə ruzi yediklərini güman edirlər. Şübhəsiz, Allah-Taala qadınlar və uşaqlara görə qəzəbləndiyi kimi, heç bir şeyə qəzəblənmir.” (“Əl-kafi”, 6-cı cild, səh.50, hədis 8; “İddətüd-dai”, səh.75.)

Uşaq ağlı kəsdiyi zamandan valideynləri ilə davranışında, bir sıra vədlərlə üzləşir ki, bəzən onlara əməl olunur, bəzən isə əməl olunmur. İslam göstərişlərində buna xüsusi diqqət yetirilir və əhdə sadiqliyə çox tövsiyə olunur. Buna səbəb bir neçə məsələ ola bilər:

Bir səbəbi əxlaqi yönə malikdir; belə ki, vədə xilaf pis xislətlərdən olub, hamıya aiddir və uşaq da bundan müstəsna deyildir.

İkinci səbəbi uşağa pis bir xisləti aşılamaqdır ki, onun gələcəyində mənfi təsir göstərə bilər. Vədə xilaf istisnasız hamıya qadağan olunsa da, uşaqla əlaqədar onun yaş və tərbiyəvi şəraitini nəzərə alaraq xüsusi əhəmiyyət daşıyır. Başqalarının, xüsusilə, valideynin rəftarı uşaqlara örnək və nümunə olduğundan onların şəxsiyyətində böyük təsiri inkarolunmaz, hətta onun islahı qeyri-mümkün və ya olduqca çətindir.

Üçüncü səbəb isə uşağın Allahla rabitəsində mənfi təsiri ilə bağlıdır. Araşdırmalardan məlum olur ki, uşağın Allahla bağlılığı valideynin onunla əlaqəsindən asılıdır. Uşaq Allah məfhumu ilə tanış olmazdan əvvəl valideynini, xüsusilə atanı özünə sahib bilir, necə deyərlər, allahlıq roluna malik olduğunu təsəvvür edir. (Buna görə də onu eyibsiz, nöqsansız görür, bütün kamal və səciyyəvi xüsusiyyətlərə malik bilir, hətta onda eyib və nöqsan belə təsəvvür etmir.) Buna əsasən, əgər valideyn uşağa verdiyi vədlərə əməl etmədikdə, onu Allah məfhumu ilə əlaqələndirir və nəhayət, gələcəkdə onun Allahla rabitəsində süstlük yaranır. Yuxarıda qeyd edilən hədisdə də bu həqiqətə belə toxunulur: “Onlar sizin vasitənizlə ruzi yediklərini təsəvvür edirlər!”

Uşağın “ruzi verən” ifadəsindən başa düşdüyü mənanı Allah məfhumu ilə eyni bilir. Əgər uşaq öz təsəvvürü ilə qavradığı Allahın vədinə xilaf çıxdığını müşahidə etdikdə, təbii ki, Ona və məqamına qarşı bədbin olacaqdır. “Cənnət anaların ayaqları altındadır!” – hədisini də buna tətbiq etmək olar. Yəni ananın övladının dini tərbiyəsinə dair zəhmətləri ilə yanaşı, övladla rabitəsi onun Allahla bağlı təsəvvüründə mühüm rol oynadığı üçün onun gələcəyində də təsirsiz deyildir! (“Hikmətnameye-kudək”, Ustad Məhəmməd Məhəmmədi Reyşəhri, 2-ci fəsil, səh.198-200.)

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru