Uşaq arabalarında körpələr çirkli havanın təsirinə `daha çox` məruz qalır

Uşaq arabalarında körpələr çirkli havanın təsirinə `daha çox` məruz qalır

Uşaq arabalarında gəzdirilən körpələr və uşaqlar çirkli havanın təsirinə böyüklərlə müqayisədə 60 faiz daha çox məruz qalırlar, tədqiqatın nəticələri göstərib.
 
Ekspertlərin qeyd etdiyinə görə, uşaq arabalarında körpələr yerə və avtomobildə işlənmiş qazın çıxdığı boruların səviyyəsinə nisbətən yaxın yerləşdiklərindən çirkli havanın təsirinə daha çox məruz qalırlar.
 
Onların inkişaf etdiyi və bədən kütləsinin daha kiçik olmasına görə çirkli hava uşaqlara daha böyük sağlamlıq riski yaradır.
 
Tədqiqat müəllifləri hesab edir ki, nəqliyyatın gur işlədiyi küçələrdən uzaq durmaq və uşaq arabalarını örtüklə bağlamaq körpələrin çirkli hava məruz qalması dərəcəsini azalda bilər.
 
Tədqiqatı aparan İngiltərənin Surrey Universitetinin əməkdaşları uşaq arabalarında körpələrin yerdən 0.55 -0.85 metr hündürlük diapazonunda nəfəs aldıqlarını müəyyən ediblər.
 
Yerdən 1 metr hündürlüyə qədər isə havanın çirklənmə dərəcəsi daha yüksək olduğundan körpələrə havanı çirkləndirən toz və hissəciklər böyüklərə nisbətən 60 faiz çox təsir göstərir.
 
Avtomobil yolları boyu havanı çirkləndirən maddələr arasında zəhərli metal hissəcikləri əsas yer tutur.
 
Körpələrə həmin hissəciklərin təsiri uşaqların əqli inkişafına mənfi təsir göstərmək gücündədir.
 
Tədqiqat müəlliflərindən biri, professor Prashant Kumar qeyd edir ki, körpələrin immun sistemi, bədəni və beyin inkişafının nə dərəcədə kövrək olduğu və erkən inkişaf mərhələsində olduğu nəzərə alınanda isə, onların çirkli havaya məruz qalmalarının nə dərəcədə təhlükəli olduğu təşviş doğurur.
 
Tədqiqatın nəticələri Environment International dərgisində dərc olunub.(bbc)
 

Google+ WhatsApp ok.ru