Uşaq arabasına qadağa qoyuldu

Kanadada körpələrin yeriməsi üçün nəzərdə tutulan arabadan istifadəyə tam qadağa qoyulub.
Kanadanın huffingtonpost.ca xəbərlər saytı  xəbər verir ki, ölkə ərazisində bu arabaları satan şəxsləri 100 min ABŞ dolları və ya altı ay həbs cəzası gözləyir. Bu qadağa rəsmi olaraq 2004-cü ildə qoyulsa da, bir çoxları gizli olaraq müxtəlif yollarla araba əldə edirdilər.
 
Kanadanın on altı xəstəxanasında beş-on dörd aylıq uşaqlar arasında araşdırmalar aparılıb və müəyyənləşib ki, 1900 körpənin pilləkənlərdən yıxılmasına, təhlükəli yerlərə girərək və ya əşyalara toxunaraq xəsarət almasına məhz bu arabalar bais olub. Kanadanın Qida Sağlamlığı İstehlakı Aktına əsasən, körpələrin yeriməsi üçün nəzərdə tutulan araba istehsalı, idxalı və satışı reklam edilə bilməz.
 
Kanada bu məhsula qarşı sərt qanun qəbul edən ilk ölkədir.
 
Amma qadağaya baxmayaraq, bəzi valideynlər uşaq arabasını müxtəlif yollarla, məsələn "eBay” və yaxud digər elektron mağazalardan əldə etməyə çalışırlar. /
 

Google+ WhatsApp ok.ru