Uşaq evlərində böyüyən və 18 yaşı tamam olanlara ŞAD XƏBƏR - Video

"Gələn ildən uşaq evlərində yaşayan uşaqlara 18 yaşından sonra da ev verilə bilər".
 
APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov jurnalistlərə deyib ki, bu addımın atılmasında məqsəd həmin uşaqların evsiz küçə sakinlərinə çevrilməsinin qarşısını almaqdır:  "İnternat məktəblərində yaşayan və 18 yaşı tamam olan uşaqların mənzillə təmin edilməsi məsələsi həllini tapıb. 2015-ci ildən bu evlər onlara veriləcək".
 
Nazir müavini bildirib ki, prezidentin 2014-cü il mart ayında imzaladığı sərəncama uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərcləri də dövlət tərəfindən ödəniləcək./

Google+ WhatsApp ok.ru