Uşaqlarda göz tənbəlliyinin 9 əlaməti

Uşaqlarda göz tənbəlliyinin 9 əlaməti

 
Uşaqlarda göz tənbəlliyinin qarşısını almaq üçün ilk 6-ci aydan etibarən lazım olan göz müayinələrindən keçirilməlidir.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, göz tənbəlliyi hər 20 uşaqdan birində müşahidə olunur. Korluğa səbəb olmasa da, görmə aydınlığında azalmaya səbəb olur.
 
Bunun qarşısını almaq üçün uşaqlar ilk 6 ayda, 1 yaşda, 3 yaşta və 6 yaşda göz müayinəsindən keçməlidirlər. İnsanın gözləri 7-10 yaş arasında inkişafını tamamlayır. 10 yaşından böyük uşaqların çox azında müalicəyə müsbət cavab almaq mümkündür.
 
Göz tənbəlliyinə səbəb ola biləcək halların əlamətləri aşağıdakılardır:
 
- Bir gözünü qapalı saxlamaq
 
- Tez-tez göz qırpma
 
- Gözlərini qıymaq və ya ovuşdurmaq
 
- Oyun oynayarkən topu saxlamaq, ayaqqabı bağlama və ya düymə düymələmə kimi koordinasiya tələb edən işlər görməkdə çətinlik çəkmək
 
- Oxuyarkən və ya televizora baxarkən başını tez-tez o tərəf bu tərəfə çevirmək
 
- Oxuyarkən və ya yazarkən çox yaxından baxmaq
 
- Diqqət tələb edən işlərdən xoşlanmamaq
 
- Fikirin tez dağılması
 
- Məktəbdə lövhədəki yazını oxumaq üçün həddən artıq diqqət etmək və bunun nəticəsində yaranan baş ağrısı
 
Göz Tənbəlliyinin Müalicəsi
 
Bağlamaq müalıcəsi ən effektiv üsuldur. Göz tənbəlliyinin müalicəsində bağlamaya nə qədər tez başlanırsa nəticələr o qədər uğurlu olur.Sağlam gözün bağlanıb az görən gözün çalışdırılması əsasında aparılır. Bağlama 9 yaşa qədər effektiv olur.
 
Göz tənbəlliyinin erkən dövrdə diaqnoz qoyub, müalicə olunması çox önəmlidir. Əks halda görmə qabiliyyətini bərpa etmək olmur.
 

Google+ WhatsApp ok.ru