Uşaqlarda 'Kavasaki' sindromu: üç gündən çox qızdırma

Uşaqlarda 'Kavasaki' sindromu: üç gündən çox qızdırma

Uşaqlarda ürək-damar sisteminə təsir edən və İngiltərə, Fransa və Belçika da daxil olmaqla bir sıra ölkələrdə müşahidə edilən yeni bir sindromun korona virusunun yeni növü ilə əlaqəli olmasından narahatlıq var.

 
Maide.Az xəbər verir ki, Sindromun mövcudluğu İngiltərə Milli Sağlamlıq Sisteminin (NHS) həkimlərə göndərdiyi məlumatla ortaya çıxıb. Sindrom uşaqlarda əlamətini yüksək temperatur, aşağı təzyiq, qızartı və nəfəs çətinliyi ilə göstərir. Ürək və damarlara təsir edən sindrom oxşar simptomlarla tanınan "Kavasaki" xəstəliyi ilə müqayisə edilsə də, bəzi xəstələrdə korona virusunun aşkarlanması yeni sindromun mövcud epidemiya ilə əlaqəli ola biləcəyi şübhəsini yaradıb.
 
NHS-nin məlumatlarına görə, aşkarlanan hallar immun sisteminin həddindən artıq müqaviməti ilə ortaya çıxan və "sitokin fırtınası" kimi tanınan sindroma bənzər xüsusiyyətlər də göstərir. Əksər hallarda immun sisteminin həddindən artıq reaksiyası virusun özündən daha çox təhlükəlidir. Bu vaxta qədər sindrom İngiltərədə 19 uşaqda aşkar edilsə də, ölən yoxdur. İngiltərədən sonra bir sıra digər ölkələrdə, o cümlədən İtaliya, İspaniya, ABŞ, İsveçrə, Belçika və Fransada ortaya çıxan yeni sindromun sayı 100-dür. Fransa Səhiyyə naziri Olivier Veran Parlamentdə verdiyi açıqlamada 15 uşaqda bu sindromun aşkarlandığını söyləyib. Belçikada 10 halın olduğu bildirilsə də, həmin xəstələrin bəzilərində "Kovid-19" da aşkar edilib.
 
Ümundünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusu üzrə texniki meneceri Dr.Maria Van Kerkhove verdiyi açıqlamada yeni sindromun mövcudluğunu təsdiqləyib və sindromun klinik şəbəkələr vasitəsi ilə diqqət mərkəzində olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru