Uşaqlardan Qəzza yolundakı Azadlıq donanmasına dəstək nümayişi

Uşaqlardan Qəzza yolundakı Azadlıq donanmasına dəstək nümayişi

 
Fələstinli uşaqlar bu dəfə yalnız qadınların yaratdığı donanmaya dəstək üçün Qəzza limanında aksiya keçirib. Fələstinli uşaqlar, İspaniyadan Qəzza zolağına doğru yola çıxan və bu dəfə yalnız qadınlardan ibarət olan Azadlıq donanmasına dəstək məqsədilə Qəzza limanında aksiya təşkil ediblər.
 
Maide.Az xəbər verir ki, blokadanı qırmaq üçün təşkil olunan aksiyada onlarla uşaq iştirak edib. Qəzzalı uşaqlar Azadlıq donanmasının İspaniyadan Qəzzaya doğru irəliləməsinə məmnuniyyətlə qarşılayıblar. Onlar sevinclərini əllərindəki plakatlarla ifadə edib, azadlıq şüarları səsləndiriblər. 
 
Qadınlardan ibarət donanmadakı iki gəmidən biri olan "Zaytouna" (Zeytun) dünən Fransanın Korsika adasına çatıb, digəri Amalin (Ümid) isə texniki problemlərə görə İspaniyanın Barselona şəhərinə qayıdıb. 
 
Kanada, Meksika, İspaniya, Norveç, ABŞ və Avstraliya kimi dünyanın müxtəlif yerlərindən qeyri-hökumət təşkilatlarının dəstəyini alaraq hərəkət edən Azadlıq donanması Qəzza limanına daxil olmasına mane olan İsrail rejimi əsgərlərini, bu dəfə "qadınların gücü" ilə keçməyi hədəfləyirlər.
 
Donanmadakı gəmilər oktyabr ayının ilk həftəsində Qəzzaya çatması nəzərdə tutulub. /

Google+ WhatsApp ok.ru