Uşaqlarda qızdırmanın yüksəlməsini həmişə xəstəlik kimi qəbul etmək düzgün deyil

Uşaqlarda qızdırmanın yüksəlməsini həmişə xəstəlik kimi qəbul etmək düzgün deyil

-- Uşaqları səhər saat 11-dən axşam saat 17-dək gəzintiyə çıxarılmaqdan...

Adətən qrip, qızdırma və başağrısı kimi xəstəliklər daha çox qışda müşahidə edilir. Lakin son vaxtlar həmin xəstəliklərə, xüsusən də qızdırmaya tez-tez rast gəlinir.
 
Maide.Az "azərtac"a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, temperaturun yüksəlməsi xəstəlik deyil, həm fizioloji hal, həm də hansısa xəstəliyin əlaməti kimi üzə çıxa bilər. Xəstəlik kimi yüksək hərarətə infeksiyanın əlaməti kimi, fizioloji hal kimi gündüz saatlarında uşağı gəzməyə çıxaranda rast gəlinir. Uşağın orqanizmi böyüyə nisbətən zəif olduğuna görə belə hallar onlarda daha çox müşahidə edilir.
 
Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova bu barədə deyib: “Günəş şüaları altında çox qalanda, gündəlik qəbul edilən mayenin miqdarı az olanda və üst geyimləri düzgün seçilməyəndə qızdırmanın qalxması baş verir. Həmin hallarda çox vaxt valideynlər təlaş keçirir və istilik 37 dərəcə olanda da temperaturu aşağı salan dərmanlar verirlər. Əslində bu, yanlış bir yoldur. Temperaturu fiziki üsullarla aşağı salmaq daha yaxşıdır. İlk növbədə uşağı sərin bir yerə çəkmək, sərin su ilə yuyundurmaq, sərin islatmalar qoymaq və su içirmək temperaturun normal səviyyəyə düşməsinə səbəb olur”.
 
Pediatr paltar seçiminə də düzgün əməl edilməsini zəruri sayır. Onun dediyinə görə, uşaqlara isti havalı yay günlərdə açıq rəngli və nisbətən yüngül paltarlar geyindirmək lazımdır, çünki tünd rəngli paltarlar günəş şüalarını daha çox özündə saxlayır və bu da temperaturun qalxmasına səbəb olur.
 
“Bol maye içilməsi də vacib şərtlərdən biridir. Uşaqları səhər saat 11-dən axşam saat 17-dək gəzintiyə çıxarılmaqdan, günəş şüalarından uzaq saxlamağa çalışmaq lazımdır”, – deyə həkim fikrinə yekun vurub.
 
 

 

Google+ WhatsApp ok.ru