Uşaqlarda yay xəstəliyinin əlamətləri - Ehtiyatlı olun

Uşaqlarda yay xəstəliyinin əlamətləri - Ehtiyatlı olun

-- Uşaq buna yoluxduqdan sonra 4-28 gün müddətində

Xalq arasında “Bahar xəstəliyi” olaraq tanınan xəstəlik yayda 5-15 yaş aralığında olan bir çox uşaqda müşahidə edilir.
 
Maide.Az "kadinvekadin.net" saytına istinadən xəbər verir ki, səhiyyə mütəxəssisi Nevin Aykol bu xəstəliyə “Parvovirus B19”un səbəb olduğunu söyləyib.
 
Bu xəstəlik tənəffüs sistemi yolundan damcı infensiyası vasitəsilə keçir. Uşaq buna yoluxduqdan sonra 4-28 gün müddətində hərarət və başağrısı olur. Bundan başqa, hər iki yanaqda yüngül qızartı müşahidə edilir.
 
“Bahar xəstəliyi” keçirən uşaqları istidən qorumaq lazımdır. Ehtiyac olmadan antibiotik istifadə etmək məsləhət görülmür.
 
Əksər hallarda öz-özünə sağalır.
 

Google+ WhatsApp ok.ru